Cəmiyyət

Menu Madhav Maroju: "Azərbaycanda çox yaxşı şəhərsalma mədəniyyəti formalaşıb"

18 May 2026, 14:12 4 baxış
Menu Madhav Maroju: "Azərbaycanda çox yaxşı şəhərsalma mədəniyyəti formalaşıb"
"Azərbaycanda çox yaxşı şəhərsalma mədəniyyəti formalaşıb". Bu sözləri Oxu.Az-a açıqlamasında "Country Planning and Development Trust" adlı qeyri-kommersiya təşkilatının qəyyumu Menu Madhav Maroju deyib. O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) insanların şəhərsalma ekosistemlərində tətbiq etdiyi müxtəlif təcrübələrlə tanış olmaq üçün yaxşı bir platformadır: "Burada ən yaxşı təcrübələri öyrənib, gələcək üçün nəzərdə tutulan yeni yanaşmaların necə inteqrasiya edilə biləcəyini görmək mümkündür". O, Azərbaycanın şəhərsalma mədəniyyəti barədə öz təcrübələrini də bölüşüb: "Məncə, ümumi mənzərə baxımından hər şey kifayət qədər səliqəli görünür. Planlaşdırma proseslərinin necə həyata keçirildiyini də görmək olur. Şəhərlərin fəaliyyətinə baxanda aydın şəkildə hiss edilir ki, Azərbaycanda ciddi şəhərsalma mədəniyyəti formalaşıb".
Mənbə oxu.az

Oxşar Xəbərlər