Cəmiyyət

Nqa Kor Minq: "Bakı 13-cü Şəhərsalma Forumu dövründə dünyanın paytaxtına çevrilir"

18 May 2026, 13:40 5 baxış
Nqa Kor Minq: "Bakı 13-cü Şəhərsalma Forumu dövründə dünyanın paytaxtına çevrilir"
"Qlobal şəhərsalma gündəliyi heç zaman çoxtərəfli əməkdaşlıq üçün bu qədər mühüm bir əsas kimi götürülməmişdi. Bakı 13-cü Şəhərsalma Forumu dövründə dünyanın paytaxtına çevrilir". Oxu.Az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının Məclisinin sədri Nqa Kor Minq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimində deyib. O bildirib ki, bu çağırış, tədbirlərin görülməsi real iqtisadiyyata söykənməlidir: "Çünki BMT-nin Məskunlaşma Proqramının statistikasına görə, qlobal ev şəraitləri böhranı ilə üzləşən insanların sayı 2.8 milyarddır və onlar qeyri-rəsmi yaşayış yerlərində məskunlaşırlar. İki milyard şəhər sakini 2040-cı ilə qədər 0.5°C-dən əziyyət çəkəcək. Bu nəinki qeyri-adekvat yaşayır yerləridir, həm də onların həyat mübarizəsi aparmaqları deməkdir. Biz bu mübarizədə tək deyilik. Gəlin öz səylərimizi iki dəfə artıraq ki, şəhərsalma gündəliyi və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yeni səviyyədə işlər görək".
Mənbə oxu.az

Oxşar Xəbərlər