Cəmiyyət

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin olundu

18 May 2026, 10:53 7 baxış
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin olundu

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.


ADY-dən Axar.az-a verilən məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümükündür.


Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər