Cəmiyyət
Azərbaycanlı zəvvarlar Məkkə şəhərinə çatıblar
Ötən gün həcc ziyarətinə yollanan zəvvarlar Məkkə şəhərinə çatıblar. Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Ümumilikdə 180 nəfər zəvvar Məkkəyə çatıb. Yarım saat hoteldə dincəldikdən sonra Kəbəyə yola düşəcəklər. Orada "Ümreyi Təməttö"nün ehramdan başqa qalan əməllərini yerinə yetirəcəklər. Bununla da ehramdan çıxmış hesab edilirlər. Yəni ərəfə gününədək Kəbəyə gediş-gəliş sərbəst olacaq", - Vüsal Cahangiri bildirib. Vüsal Cahangiri qeyd edib ki, Qurban bayramından iki gün öncə böyük həcc ziyarəti başlayacaq. Qeyd edək ki, üçüncü və dördüncü zəvvar təyyarələri bu gün Azərbaycandan yola düşəcəklər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər