İdman

İtaliya A Seriyası: "İnter" son dəqiqələrdə qələbəni əldən verdi

17 May 2026, 19:40 1 baxış
İtaliya A Seriyası: "İnter" son dəqiqələrdə qələbəni əldən verdi
İtaliya A Seriyasının 37-ci turunda "İnter" doğma meydanda "Verona" ilə heç-heçə edib. Oxu.Az xəbər verir ki, Milanın "Cüzeppe Meatsa" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda hesab 47-ci dəqiqədə açılıb. Qonaq komandanın müdafiəçisi Andrias Edmundsson topu öz qapısına göndərib. Lakin "Verona" oyunun sonlarında hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə Kiron Boui fərqlənib. 37 oyundan sonra "Verona"21 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Çempionluğu əvvəlcədən təmin edən "İnter Milan" isə 86 xalla birinci yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər