İdman

"Mançester Siti"nin müdafiəçisi “Real”a təklif olundu

17 May 2026, 16:26 1 baxış
"Mançester Siti"nin müdafiəçisi “Real”a təklif olundu

İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Yoşko Qvardiol karyerasını İspaniyada davam etdirə bilər.


Axar.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.


Mənbənin iddiasına görə, xorvatiyalı futbolçunun agentləri onu İspaniya təmsilçisi "Real"a təklif ediblər. Madrid kollektivinin rəhbərliyinin mümkün transferə müsbət yanaşdığı bildirilib.


Qeyd edək ki, 24 yaşlı Yoşko Qvardiol cari mövsüm "Mançester Siti"nin heyətində 24 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə axar.az

Oxşar Xəbərlər