İdman

Vüqar Nadirov: "Başımı sarıdılar, çıxırdım ki, onu vurum, vaxt qurtardı" - VİDEO

17 May 2026, 12:12 1 baxış
Vüqar Nadirov: "Başımı sarıdılar, çıxırdım ki, onu vurum, vaxt qurtardı" - VİDEO
"Sadıq Sadıqov qarşıma müqavilə qoydu. Yarım milyona yaxın pul idi. Mən müqaviləni bağlamadım. Bir ağdamlı olduğum üçün, bir şəhid övladı olduğum üçün, bir qarabağlı olduğum üçün təklifi qəbul edib "Neftçi"yə keçmədim". Bunu Oxu.Az-ın "TOP-al" podkastının növbəti buraxılışının qonağı, Azərbaycan futbolunun sürətli hücumçusu, milli komandamızın sabiq üzvü Vüqar Nadirov deyib.
Yeddi ilə yaxın "Qarabağ" klubunda forma geyinən Vüqar Nadirovun bir digər maraqlı xatirəsi də "Neftçi" ilə bağlı olub: "Mən psixoloji cəhətdən həmişə hazır olmuşam. Bir dəfə "Neftçi"nin oyununda olub, Ramos var idi, dayaq yarımmüdafiəçisi, ehtiyatdan çıxdım oyuna, mən topu atıb qaçanda dirsəyi ilə vurdu məni, qaşım paralandı, sarıdılar, çıxırdım ki, onu vurum, vaxt qurtardı. Həkim dəmirlərlə tikiş qoydu, haradasa 10 gün elə gəzdim, məşq də edə bilmədim. Yəni bircə dəfə elə bir epizod olub ki, qarşılıq vermək istəmişəm. Elə müdafiəçilər çox olub, məni oyundan çıxarmaq istəyiblər, qəsdən ayağıma vurublar ki, zədələsinlər, sürətimi azaltsınlar, amma mən qopmamışam oyundan. Əsəbi futbolçu olmamışam". Podkastda qonağımızla, həmçinin DÇ-2026-nın yeni formatını müzakirə etmişik. Vüqar Nadirov 48 komandanın iştirakı ilə keçiriləcək mundial barədə proqnozlarını bölüşüb, sürpriz oyunçunun adını açıqlayıb, meydandakı biznes, "maşın" oyunçular, futbolun pərdəarxası məqamları, başına gələn maraqlı hadisələr barədə danışıb, müasir futbolun sərt reallıqlarını analiz edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər