Digər

Azərbaycandan səsləri o açıqlayacaq

16 May 2026, 22:33 1 baxış
Azərbaycandan səsləri o açıqlayacaq

Avroviziya-2026 beynəlxalq mahnı müsabiqəsinin bu gün keçiriləcək final gecəsində Azərbaycandan olan səsləri kimin açıqlayacağı bəlli olub.


Kult.az “Unikal”a istinadla xəbər verir ki, səsləri 2012-ci ildə müsabiqədə ölkəmizi təmsil edən əməkdar artist Səbinə Babayeva təqdim edəcək.


Xatırladaq ki, Azərbaycan təmsilçisi Jiva finala vəsiqə qazana bilməyib. Finalda 25 ölkə çıxış edəcək.


Qeyd edək ki, Səbinə 2012-ci il 17 may tarixində Bakıda baş tutan gecədə “When the Music Dies” mahnısı ilə 4-cü yeri tutmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər