Digər

İrandan Hörmüzdə yeni mexanizm: Hansı ölkələr yararlanacaq?

16 May 2026, 22:53 1 baxış
İrandan Hörmüzdə yeni mexanizm: Hansı ölkələr yararlanacaq?

Hörmüz boğazında gəmiçilik hərəkətinin tənzimlənməsi üçün yeni mexanizm hazırlanıb.


Axar.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi deyib.


İbrahim Əzizinin sözlərinə görə, İran milli suverenlik və beynəlxalq ticarət təhlükəsizliyinin təmin olunması çərçivəsində Hörmüz boğazında gəmilərin müəyyən edilmiş marşrut üzrə hərəkətini tənzimləyəcək peşəkar mexanizm hazırlayıb. O bildirib ki, yeni marşrut yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.


Komissiya sədri qeyd edib ki, həmin mexanizmdən yalnız ticarət gəmiləri və İranla əməkdaşlıq edən tərəflər istifadə edə biləcəklər.

Mənbə axar.az

Oxşar Xəbərlər