İdman

"Sabah" basketbol klubu baş məşqçisi ilə yollarını ayırdı

16 May 2026, 19:36 1 baxış
"Sabah" basketbol klubu baş məşqçisi ilə yollarını ayırdı
"Sabah" basketbol klubu baş məşqçisi Rimas Kurtinaytislə əməkdaşlığın qarşılıqlı razılıq əsasında başa çatdığını elan edib. Oxu.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, tərəflər mütəxəssisin Litvanın kişilərdən ibarət basketbol üzrə milli komandasındakı fəaliyyətinə daha çox vaxt ayırmaq istəyini nəzərə alaraq, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərara gəliblər. Xatırladaq ki, litvalı məşqçinin rəhbərliyi altında "Sabah" ardıcıl üç dəfə Azərbaycan çempionu olub və ölkə basketbolunu beynəlxalq arenada uğurla təmsil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər