Siyasət

Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

15 May 2026, 12:40 2 baxış
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi Çjan Qotsin Azərbaycana səfər edəcək. Oxu.Az-ın xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilib. "Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi və Dövlət Şurasının vitse-prezidenti Çjan Qotsin dəvət üzrə 17-18 may tarixlərində Azərbaycana səfər edəcək və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Liderlər Sammitində iştirak edəcək", - deyə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi elan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər