Siyasət

İqor Qarafuliç: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərin keyfiyyəti olduqca yüksəkdir"

15 May 2026, 12:52 3 baxış
İqor Qarafuliç: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərin keyfiyyəti olduqca yüksəkdir"
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa prosesinin hər bir addımı düşünülüb, həmçinin orada görülən işlərin keyfiyyəti olduqca yüksəkdir". Oxu.Az xəbər verir ki, bu fikirləri BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfransda deyib. O xatırladıb ki, bir neçə həftə əvvəl diplomatik korpusla birlikdə işğaldan azad olunmuş ərazilərə səfər edib. İqor Qarafuliç WUF13-lə bağlı 32 mindən çox şəxsin qeydiyyatdan keçdiyini vurğulayıb: "WUF13 həm də müzakirə məkanıdır. Dünyanın hər yerində münaqişələrin baş verdiyi bir dövrdə Azərbaycanın dialoq aparmaq üçün bir məkan təqdim etməsi çox önəmlidir".
Mənbə oxu.az

Oxşar Xəbərlər