Digər

Latviya baş naziri istefa verdi

14 May 2026, 13:01 7 baxış
Latviya baş naziri istefa verdi

Latviyanın Baş naziri Evika Silinya istefa verib.


Axar.az xəbər verir ki, bu barədə ölkənin LSM dövlət teleradio portalı məlumat yayıb.


Məlumata görə, baş nazirin parlament qarşısında çıxışı gözlənilirdi, lakin o, Nazirlər Kabinetində mətbuat konfransı keçirib və istefasını elan edib.


Hökumət böhranı 7 mayda bir neçə dronun Latviya hava məkanına daxil olmasından sonra müdafiə naziri Andris Sprudsun istefası ilə başlayıb. Onlardan biri Rezeknedəki neft anbarında qəzaya uğrayıb. Müdafiə nazirinin istefası Silinanı dəstəkləyən siyasi tərəfdaşların baş nazirin artıq onlara etibar etmədiyini bəyan etməsinə səbəb olub.

Mənbə axar.az

Oxşar Xəbərlər