Digər

İranda güclü zəlzələ oldu

14 May 2026, 13:23 2 baxış
İranda güclü zəlzələ oldu

Bu gün İranın Kirman əyalətinin Bərdsir şəhəri yaxınlığında 5 bal gücündə zəlzələ baş verib.


Axar.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.


Məlumata görə, səhər saat 11:17-də (Bakı vaxtı ilə 11:47) meydana gələn zəlzələnin episentri 8 kilometr dərinlikdə qeydə alınıb.


Yeraltı təkanlar Kirman, Rəfsəncan və Sircan şəhərlərində də hiss olunub.


Dağıntı və tələfat barədə məlumat verilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər