Digər
"Prior Leasing" ASC-nin istiqrazlarının 56 investoru arasında banklar, sığorta şirkətləri və korporativ investorlar yer aldı
Azərbaycanın lizinq bazarının aparıcı iştirakçılarından biri olan "Prior Leasing" ASC qiymətli kağızlar bazarında mühüm uğura imza ataraq kapital bazarına uğurlu debütünü edib. Şirkətin 1 000 000 (bir milyon) manat həcmində olan ilk istiqrazlarının Bakı Fond Birjasında (BFB) tam həcmdə yerləşdirilməsi yekunlaşıb.
İstiqrazlar investorlar tərəfindən böyük maraqla qarşılanıb. 31 mart - 29 aprel 2026-cı il tarixlərini əhatə edən abunə yazılışı dövründə 56 investor tərəfindən 56 sifariş təqdim edilib və 100% icra olunub. Diqqətçəkən məqam ondan ibarətdir ki, istiqrazlara investisiya edənlər arasında fərdi investorlarlar yanaşı, sığorta şirkətləri, banklar və korporativ investorlar da yer alıb. Bu, institusional və peşəkar bazar iştirakçılarının şirkətin maliyyə dayanıqlığına və biznes modelinə olan yüksək etimadının göstəricisidir. Bu uğurlu emissiya eyni zamanda ölkəmizdə qiymətli kağızlar bazarının davamlı inkişafının və bu sahədə həyata keçirilən düzgün dövlət siyasətinin bariz nümunəsidir. Belə ki, açıq yerləşdirmə yolu ilə təklif edilən qiymətli kağızlardan əldə olunan gəlirlərin vergidən azad edilməsi kimi mühüm təşviqedici addımlar həm fərdi, həm də institusional investorların kapital bazarına olan marağını əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, Azərbaycan Respublikasının Mərkəzi Bankının qiymətli kağızlar bazarının təşviqi, bu sahədə etibarlı tənzimləmə mexanizmlərinin qurulması və şirkətlərin alternativ maliyyələşmə mənbələrinə çıxışının dəstəklənməsi istiqamətindəki fəal rolu bu cür yerləşdirmələrin uğurla həyata keçirilməsinə güclü zəmin yaradır. İstiqrazların əsas göstəriciləri - Ümumi həcm: 1 000 000 AZN - Say: 10 000 ədəd - Nominal dəyər: 100 AZN - İllik gəlirlilik: 15% - Tədavül müddəti: 1 il - Gəlirlərin ödəniş qrafiki: Hər 30 gündən bir (aylıq) - ISIN kodu: AZ2001019531 - Anderrayter: "Assist Finance İnvestisiya şirkəti" ASC Kütləvi təklif üsulu ilə reallaşdırılan bu emissiya "Prior Leasing" ASC-nin maliyyə resurslarının diversifikasiyası və yerli kapital bazarındakı mövqeyinin möhkəmləndirilməsi strategiyasının tərkib hissəsidir. Cəlb olunan vəsaitlər əsasən şirkətin lizinq portfelinin genişləndirilməsinə yönəldiləcəkdir. Prioritet istiqamətlər sırasında kənd təsərrüfatı texnikasının, müasir suvarma sistemlərinin və sənaye avadanlıqlarının maliyyələşdirilməsi, eləcə də aqrar dəyər zəncirinə dəstək yer alır. "İlk istiqraz emissiyamızın həm pərakəndə, həm də institusional investorlar tərəfindən belə yüksək maraqla qarşılanması reallaşdırdığımız inkişaf strategiyasının düzgünlüyünü təsdiqləyir. Onu da qeyd etməliyik ki, qiymətli kağızlar bazarının inkişafında Azərbaycan Respublikası Mərkəzi Bankının düzgün və sistemli siyasəti xüsusi rol oynayır. Mərkəzi Bankın tənzimləyici çərçivəni beynəlxalq standartlara uyğunlaşdırması, bazar şəffaflığının və investor müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar, eləcə də qeyri-bank maliyyə sektorunun kapital bazarlarına çıxışını dəstəkləyən təşəbbüsləri "Prior Leasing" kimi şirkətlərə yeni maliyyələşmə üfüqləri açır. Təklif etdiyimiz 15% illik gəlirlilik və kuponların aylıq ödəniş sistemi investorlar üçün etibarlı maliyyə aləti rolunu oynayır. Bu, bizim üçün başlanğıcdır - gələcəkdə lizinq portfelimizi daha da innovativ həllərlə zənginləşdirməyi və kapital bazarlarındakı iştirakımızı yeni emissiyalarla genişləndirməyi hədəfləyirik," - deyə "Prior Leasing" ASC-nin baş direktoru Araz Səfərli bildidirib.
Qeyd edək ki, "Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları"nın tələblərinə tam cavab verən bu istiqrazlar investorlar üçün cəlbedici gəlirlilik və aylıq ödəniş sistemi ilə yüksək likvidlik vəd edir. İstiqrazları təkrar bazarda əldə etmək istəyən şəxslər anderrayter şirkətə və ya BFB-nin ticarət platformalarına müraciət edə bilərlər. "Prior Leasing" ASC haqqında "Prior Leasing" ASC Azərbaycanın lizinq sektorunda fəaliyyət göstərən, kənd təsərrüfatı texnikası, sənaye avadanlıqları və nəqliyyat vasitələrinin lizinqi üzrə ixtisaslaşmış aparıcı qurumlardan biridir. Şirkət müasir texnologiyaların tətbiqi və maliyyə əlçatanlığının təmin edilməsi vasitəsilə ölkə iqtisadiyyatının, xüsusilə aqrar sektorun inkişafına mühüm töhfə verir. Şirkətin əsas fəaliyyəti Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən çoxsaylı texnika istehsalçılarının məhsullarının ölkəmizə gətirilməsi, həmçinin onların nağd və ya 40% dövlət güzəşti ilə lizinq yolu ilə son istehlakçılara satışının həyata keçirilməsindən ibarətdir. Bu istiqamətdə "Prior Leasing" ASC dünya şöhrətli istehsalçılarla, o cümlədən "New Holland", "Maschio Gaspardo", "Lovol", "Solis" və "Vaderstad" kimi nüfuzlu brendlərlə sıx əməkdaşlıq edir. Belə beynəlxalq tərəfdaşlıqlar şirkətə yüksək keyfiyyətli, müasir və dayanıqlı texnikanı yerli bazara təqdim etmək, fermerlərin və sahibkarların məhsuldarlığını artırmaq, eləcə də Azərbaycanın aqrar-sənaye kompleksinin texnoloji modernləşməsinə dəstək vermək imkanı yaradır. https://youtu.be/tYKgoRmTesQ Əlaqə üçün Telefon: 858 E-poçt: [email protected] Veb-sayt: www.priorleasing.az

Mənbə
oxu.az