Digər

Ceki Çan Azərbaycana gəlir

14 May 2026, 12:47 1 baxış
Ceki Çan Azərbaycana gəlir

Dünyaşöhrətli aktyor Ceki Çan "Tanrının yaraqları 4: Ultimatum" filmini Qazaxıstan və Azərbaycanda çəkəcək.


Kult.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Variety" məlumat verir.


Bu, aktyorun Orta Asiyada çəkilən ilk layihəsi olacaq. Çəkilişlər 2026-cı ilin iyul ayında başlayacaq və dünya premyerası 2027-ci ilin ikinci rübündə planlaşdırılıb.


Layihənin rejissor kürsüsündə əvvəllər "Gecə növbətçisi", "Xüsusilə təhlükəli" və "Major Grom" kimi filmlər üzərində işləmiş Robert Kun əyləşəcək.


Filmin yeni seriyası "Asiya şahini" ləqəbli Çanın macəralarını davam etdirəcək. Ssenariyə əsasən, baş qəhrəman dəyəri 20 milyon dollardan çox olan qədim Tumar artefaktını əldə etmək üçün yenidən təhlükələrlə dolu bir mübarizəyə qoşulacaq.


Sözügedən kino layihəsi Qazaxıstanın "Salem Entertainment" şirkəti tərəfindən, Astana Beynəlxalq Maliyyə Mərkəzinin qeydiyyatında olan "Alem" Fondunun dəstəyi ilə ərsəyə gətirilir.


Qeyd edək ki, bundan öncə filmin Qazaxıstanda çəkiləcəyi bildirilsə də, Azərbaycanla bağlı hər hansı məlumat yox idi.

Mənbə axar.az

Oxşar Xəbərlər