Digər
AzTV əməkdar artistə 15 min manat ödəyəcək?
Əməkdar artist Çingiz Əhmədov 15 min manatlıq layihəsindən danışıb.
Kult.az xəbər verir ki, aktyor Qaynarinfo-ya açıqlamasında "Biz, səssiz səslər" və "44 gün" film layihələrinin fərqli olduğunu bildirib:
"Mən "Biz, səssiz səslər" layihəsində çəkilmişəm. Amma "44 gün" layihəsində çəkilməmişəm".
Aktyor layihə üçün deyilən məbləğin həqiqətəuyğun olmadığını bildirib.
Qeyd edək ki, "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin "Biz, səssiz səslər" və "44 gün" film və televiziya layihələri üzrə Əməkdar artist Çingiz Əhmədova 15 000 manat ödəyəcəyi barədə məlumat yayılıb.
Mənbə
axar.az