Digər

Kiyevə dəhşətli raket hücumu: ölü və yaralılar var - Video

14 May 2026, 10:14 7 baxış
Kiyevə dəhşətli raket hücumu: ölü və yaralılar var - Video

Mayın 14-də Rusiya ordusu Kiyevə raket və PUA-larla kütləvi zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.


Məlumata görə, şəhərə PUA, ballistik və qanadlı raketlərlə zərbələr endirilib. Şəhərin 7 rayonunda dağıntı və yanğınlar qeydə alınıb.


Bildirilib ki, zərbələr nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə yaralanıb.


Paytaxtın Darnitski rayonunda yaşayış evi çöküb, dağıntılar altında qalanlar var.

Mənbə axar.az

Oxşar Xəbərlər