Digər
Tramp siyasətə heyrandır, zarafat edir - Vens
Prezident Donald Trampın xələflərini elan etməsi sadəcə zarafatdır.
Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Di Vens deyib.
"Düşünürəm ki, o, namizədliyini irəli sürməzdən 30 il əvvəl həmişə siyasətə heyranlıq duyub. Məncə, onun bu barədə zarafat etməsi təbiidir", - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Tramp prezidentlik müddəti bitdikdən sonra ölkəni idarə etmək üçün respublikaçılardan ibarət "ideal komanda"nı açıqlamışdı. O, Vens və dövlət katibi Marko Rubionun növbəti seçkilərdə əla namizədlər olacağını söyləmişdi.
Mənbə
axar.az