Digər

Çinlə münasibətlərdə çətinliklər yaranırdı, amma... - Tramp

14 May 2026, 09:28 1 baxış
Çinlə münasibətlərdə çətinliklər yaranırdı, amma... - Tramp

Biz uzun illərdir tanışıq. Əslində bu, ölkələrimiz arasında iki lider səviyyəsində ən uzunmüddətli münasibətlərdən biridir və bu mənim üçün şərəfdir.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Pekində Çin Sədri Si Szinpinlə keçirilən görüş zamanı deyib.


ABŞ prezidenti qeyd edib ki, tərəflər arasında münasibətlər ümumilikdə çox yaxşı olub:


“Aramızda bəzən çətinliklər yaranırdı, amma biz onları həll edirdik. Problem yarananda mən sizə zəng edirdim, siz də mənə zəng edirdiniz”.


Tramp əlavə edib ki, yaranan problemlər çox qısa müddətdə aradan qaldırılırdı.

Mənbə axar.az

Oxşar Xəbərlər