Digər

Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib

14 May 2026, 07:00 1 baxış
Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib

Ötən gün hava hücumu zamanı maraqlı bir məqam yaşanıb: Ruslar Belarus sərhədinə qısılaraq hərəkət ediblər — “Şahid” dronlarından ibarət qrup Belarus sərhədindən cəmi 5-10 km məsafədə uçub.


Axar.az xəbər verir ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko bildirib.


“Ruslar bununla Belarus sərhədi boyunca ən qısa yol ilə Ukraynanın qərbinə keçməyə çalışıblar. Orada “Mesh-modemlər” tam gücü ilə tətbiq olunurdu”, - deyə o söyləyib.


Aviasiya eksperti qeyd edib ki, düşmən Ukraynanın əksər vilayətlərinə zərbələr endirib:


“Buraxılışlar Rusiyanın bütün sərhədyanı vilayətlərindən və işğal olunmuş Krımdan həyata keçirilirdi. Amma Bryansk vilayətindən buraxılış yeni bir haldır. Onlar dronları bizim hava hücumundan müdafiənin sıx olmadığı hesab edilən yerlərdən keçirmək məqsədilə işə salıblar. Dronlar bir-birinin ardınca sürü şəklində uçurdu və bu o deməkdir ki, zenit dronları ilə çalışan heç bir mobil qrup belə sayda hədəfə vaxtında reaksiya verə bilməzdi. Çünki dronlar bir neçə dəqiqədən bir gəlirdi. Yəni qrup hətta yenidən silahı doldurmağa da çatdırmırdı”.


Onun sözlərinə görə, Ukraynanın qərbində kütləvi hücumlar ayrı-ayrı rayonlara yönəlib və əsas hədəflər infrastruktur obyektləri olub.

Mənbə axar.az

Oxşar Xəbərlər