Digər

Litvadan Rusiya və Ukraynaya xəbərdarlıq...

14 May 2026, 01:10 1 baxış
Litvadan Rusiya və Ukraynaya xəbərdarlıq...

Litva Prezidenti Gitanas Nauseda ölkənin hava məkanından hərbi əməliyyatlar üçün istifadənin qəbuledilməz olduğunu bəyan edib.


Axar.az xəbər verir ki, bu barədə BNS-nin məlumatında deyilir.


"Litva ərazisi heç bir üçüncü ölkə tərəfindən qonşu dövlətlərə qarşı hərbi əməliyyatlar üçün istifadə olunmayıb və olunmayacaq", - deyə o bildirib.


Siyasətçinin sözlərinə görə, ölkənin hava məkanından qanunsuz istifadə etmək cəhdi suverenliyin və beynəlxalq hüququn fundamental normalarının kobud şəkildə pozulması olardı.


Qeyd edək ki, Rusiya tərəfi Baltikyanı ölkələrin Ukrayna dronları üçün hava məkanını açdığını iddia edir.

Mənbə axar.az

Oxşar Xəbərlər