Digər
Trampın namizədi Senat tərəfindən təsdiqləndi
ABŞ Senatı Kevin Uorşu Federal Ehtiyatlar Sisteminin (FES) sədri vəzifəsinə təsdiqləyib. Kevin Uorş bununla bağlı səsvermədə Senatda 54 senatorun dəstəyini qazanıb, 45 senator isə əleyhinə səs verib.
Axar.az xəbər verir ki, Uorş hazırkı FES rəhbəri Cerom Pouelin səlahiyyət müddəti bu həftənin sonunda başa çatdıqdan sonra vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, keçmiş yüksək vəzifəli FES rəsmisi olan 56 yaşlı Uorşun namizədliyi Prezident Tramp tərəfindən irəli sürülüb.
Mənbə
axar.az