Digər
Pezeşkian millinin düşərgəsində: Ləyaqətlə qayıdın...
İran Prezidenti Məsud Pezeşkian Futbol üzrə Dünya Çempionatına yollanacaq yığma komandanın düşərgəsində olub.
Axar.az xəbər verir ki, Pezeşkian komandaya uğurlar arzu edib.
"Dua edirik ki, ləyaqətlə qayıdasınız, meydanda İranın şöhrəti üçün bütün gücünüzlə çalışın", - Pezeşkian bildirib.
Qeyd edək ki, İran komandası G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə üz-üzə gələcək. Bu qrupun bütün oyunları ABŞ-da keçiriləcək.
Mənbə
axar.az