Cəmiyyət

Sabiq hakimlər vəkilliyə namizəd oldular - FOTO

13 May 2026, 12:18 1 baxış
Sabiq hakimlər vəkilliyə namizəd oldular - FOTO
Vəkilliyə namizədlər sırasında Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova və əvvəllər hakim işləmiş digər 6 namizəd də yer alırlar. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi zamanı bildirilib. Onlar əvvəllər hakim olan Mirzə Nəsib oğlu Tağızadə, Füzuli Novruzəli oğlu Pənahov, Novruz Ağakərim oğlu Kərimov, Cavid İbadulla oğlu Hüseynov, Anar Böyükkişi oğlu Sadıqov və Coşqun Şamil oğlu Abdullayevdir. Qeyd edək ki, Novruz Ağakərim oğlu Kərimov 1989 - 2008-ci illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq, 2008 -ci ildən sonra isə Azərbaycan məhkəmələrində Ağır Cinayətlərə dair İşlər üzrə hakim kimi çalışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər