Cəmiyyət
WUF13-ə 32 mindən çox iştirakçının qatılması gözlənilir
"WUF13-də iştirak üçün 1000-dən çox media nümayəndəsi qeydiyyatdan keçib". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə bağlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, tədbirdə iştirakçı ölkələr şəhərsalma, ekoloji, innovasiya və digər sahələrdə qazandıqları təcrübələri bölüşəcəklər: "Foruma 180 ölkədən 32 mindən çox iştirakçının qatılması gözlənilir. WUF13-də iştirak edəcək 1000-dən artıq media nümayəndələrindən təqribən 200-ü xarici KİV təmsilçiləridir".
Mənbə
oxu.az