Digər

Serbiya tarixdə ilk dəfə NATO ilə təlim keçirdi

13 May 2026, 12:12 1 baxış
Serbiya tarixdə ilk dəfə NATO ilə təlim keçirdi

Serbiya tarixdə ilk dəfə olaraq NATO ölkələri ilə birgə hərbi təlimlər keçirib.


Axar.az xəbər verir ki, bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb.


“NATO-Serbiya təlimində Serbiya ordusu və İtaliya, Rumıniya və Türkiyədən təxminən 600 hərbçi, eləcə də Böyük Britaniya, İtaliya, Almaniya, Rumıniya, ABŞ, Serbiya, Türkiyə, Fransa və Monteneqrodan olan hərbi planlaşdırıcılar və müşahidəçilər iştirak edir”, - məlumatda bildirilib.


Təlimlər taktiki səviyyədə keçirilir və 23 maya qədər davam edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər