Digər

Putin dedi ki, bunu güzəştə gedə bilməz - FT

13 May 2026, 12:25 1 baxış
Putin dedi ki, bunu güzəştə gedə bilməz - FT

Rusiya Ali Komandanlığı Putini inandırıb ki, payıza qədər bütün Donbas ələ keçiriləcək.


Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” Putinə yaxın şəxslər və eləcə də Ukrayna kəşfiyyatına istinadla məlumat yayıb.


“Putin hesab edir ki, Donbası ələ keçirdikdən sonra Ukraynaya qarşı yeni ərazi iddiaları irəli sürə biləcək. O, Xerson və Zaporojye bölgələrinin də Rusiyaya verilməsində israr edir”, - məlumatda qeyd olunub.


Mənbələrdən birinin sözlərinə görə, Putin Donbasın ələ keçirilməsinə can atır:


"O, daim deyirdi: "Mən bu məsələdə güzəştə gedə bilmərəm".

Mənbə axar.az

Oxşar Xəbərlər