Cəmiyyət

“Koroğlu”dakı körpüdə aralanma təhlükəlidir? - Video

13 May 2026, 12:52 2 baxış
“Koroğlu”dakı körpüdə aralanma təhlükəlidir? - Video

Sosial şəbəkələrdə “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən körpüdə aralanma olduğu iddia edilən görüntülər yayılıb. Fəridə Aslanova adlı istifadəçinin paylaşımı körpünün təhlükəsizliyi ilə bağlı suallar doğurub.


Məsələ ilə bağlı mühəndis və əmlak məsələləri üzrə ekspert Elnur Azadov Axar.az-a açıqlamasında bildirib ki, körpüdəki bu aralıq konstruksiya elementidir.


“Nəzərə almaq lazımdır ki, yayda istilər çox olanda yolun üstü həm hərəkətdən, həm də nəqliyyat vasitələrinin axınından genişlənir. Bu kimi aralıqlar ona görə qoyulur ki, yol genişlənən zaman konstruksiya dağılmasın. Yəni hazırkı vəziyyət normaldır”, - o vurğulayıb.

“Koroğlu”dakı körpüdə aralanma təhlükəlidir? - Video
Mənbə axar.az

Oxşar Xəbərlər