Cəmiyyət
Qazaxda evdə partlayış: Yaralanan var - FOTO
Qazaxda fərdi yaşayış evində partlayış baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə evin hamam otağında qeydə alınıb. İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ötən gün saat 19:30-da bir qadın Qazax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Üz nahiyəsinin 3-cü və bədənin müxtəlif yerlərinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin olunan 1953-cü il təvəllüdlü Sədaqət Əliyevaya zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir". Faktla bağlı araşdırma başlanılıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az