Cəmiyyət

Füzuli Memorial Kompleksinin tikintisi üçün 17.5 milyon manat xərclənəcək

13 May 2026, 11:44 1 baxış
Füzuli Memorial Kompleksinin tikintisi üçün 17.5 milyon manat xərclənəcək
Füzuli Memorial Kompleksinin tikintisinə başlanılacaq. Oxu.Az-ın məlumatına görə, bunun üçün "Əsaslı Tikinti və Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumilikdə 17 milyon 505 min 400 manat xərclənməsi planlaşdırılır. Qeyd edək ki, 17 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər