Digər
Rusiya Ukraynaya zərbələr endirdi: ölənlər var
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat verib.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya ordusu sutka ərzində regionun 3 rayonuna təxminən 30 dəfə zərbə endirib:
“Hücum nəticəsində 8 nəfər həlak olub, 11 nəfər isə yaralanıb”.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov isə qeyd edib ki, son 24 saat ərzində Rusiya qoşunları idarəolunan aviasiya bombaları və müxtəlif tipli PUA ilə Xarkov və vilayətin 14 yaşayış məntəqəsinə zərbələr endirib:
“Nəticədə 5 nəfər xəsarət alıb”.
Mənbə
axar.az