Cəmiyyət

Paytaxtın bir hissəsində İŞIQ KƏSİLƏCƏK

13 May 2026, 09:08 1 baxış
Paytaxtın bir hissəsində İŞIQ KƏSİLƏCƏK
Paytaxtın Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, buna səbəb mayın 13-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində aparılacaq yenidənqurma işləridir. Qeyd olunub ki, işlərlə əlaqədar saat 11:00-dan 15:00-dək Binə qəsəbəsinin "Südçülük sovxozu" yaşayış massivində, həmçinin Xəqani və Lələtəpə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Əlavə olunub ki, yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər