Cəmiyyət

Bakının daha bir stansiyasından rayonlara qatarla getmək mümkün olacaq

13 May 2026, 09:36 1 baxış
Bakının daha bir stansiyasından rayonlara qatarla getmək mümkün olacaq
İyunun 6-dan etibarən sərnişinlər Dərnəgül dayanacağından qatarla birbaşa bölgələrə səfər edə biləcəklər. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb. Bildirilib ki, ADY-nin yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından aşağıdakı marşrutlar üzrə reyslər həyata keçiriləcək: - Bakı-Qazax-Bakı - Bakı-Ağstafa-Bakı (əlavə reyslər) - Bakı-Balakən-Bakı - Bakı-Qəbələ-Bakı Qeyd olunub ki, sərnişinlər biletləri artıq ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər