Cəmiyyət

Dərnəgüldən regionlara qatarla getmək mümkün olacaq

13 May 2026, 09:53 1 baxış
Dərnəgüldən regionlara qatarla getmək mümkün olacaq

Azərbaycan Dəmir Yolları QSC-nin yeni istifadəyə verilmiş "Dərnəgül" stansiyasından ölkənin regionlarına qatarla getmək mümkün olacaq.


Axar.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.


Məlumata görə, iyunun 6-dan bu stansiyada Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlar dayanacaq.


Biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və yaxud dəmiryol kassalarından əldə etmək olar.

Mənbə axar.az

Oxşar Xəbərlər