Cəmiyyət

"Hamı məsuliyyəti bir-birinin üzərinə atır" - Bina sakinləri zirzəmidə yaranmış vəziyyətdən şikayət etdilər - VİDEO

13 May 2026, 00:24 1 baxış
"Hamı məsuliyyəti bir-birinin üzərinə atır" - Bina sakinləri zirzəmidə yaranmış vəziyyətdən şikayət etdilər - VİDEO
Paytaxtın Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsində yerləşən 7-ci binanın zirzəmisinin qarşısındakı acınacaqlı vəziyyət sakinlərin narazılığına səbəb olub. Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə vətəndaşlar bildiriblər ki, binanın zirzəmisi uzun illərdir kanalizasiya və çirkab suları ilə dolu vəziyyətdədir. Əraziyə yayılan kəskin üfunətli qoxu sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir.
"Divarlar nəmdir. Nəmişlik ikinci mərtəbəyə qədər qalxır. Qoxudan dayanmaq olmur. Bundan əlavə, həşəratlar da əmələ gəlir", - sakinlərdən biri bildirib. "Dəfələrlə "Azərsu"ya, icra hakimiyyətinə, bələdiyyəyə müraciət etmişik. Amma hamı məsuliyyəti bir-birinin üzərinə atır. İndiyədək məsələyə baxan olmayıb", - başqa bir sakin qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər