Cəmiyyət

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi

13 May 2026, 00:17 1 baxış
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi

Tramvay uzun müddətdir müzakirə olunan mövzulardan biridir. 2025–2030-cu il dövlət proqramında tramvay haqqında xüsusi maddələr qeyd olunub.


Axar.az xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov Trend və ATV-yə müsahibəsində deyib.


O bildirib ki, hazırda tramvayın konseptual planı hazırlanır. İlkin olaraq Mehdiabad ərazisindən Bakı şəhərinin mərkəzinə alternativ bir neçə variant müzakirə edilərək tramvayın çəkilməsi planlaşdırılır.


“Bakıda gələcəkdə 5 fərqli istiqamət üzrə tramvay olması planlaşdırılır. İlkin perspektivdə əhalinin sıx məskunlaşdığı və kütləvi ictimai nəqliyyat həllinə çıxışı olmayan ərazilərə tramvayın çəkilməsi nəzərdə tutulur. Məqsəd odur ki, tramvay metronu və avtobusu əvəzləməsin, əksinə, onları birləşdirən vasitə olsun”, - deyə o əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər