Cəmiyyət
İdarə etmədiyi avtomobilə görə sürücülük hüququ məhdudlaşdırıldı - Həll yolu nədir? - VİDEO
Bir il əvvəl işdən çıxan vətəndaşın ünvanına əvvəllər idarə etdiyi avtomobilə aid cərimələr gəlir. Vətəndaş bu səbəbdən hətta sürücülük vəsiqəsindən də olub. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində kirayədə yaşayan sürücü İftixar Cəfərovun iddiasına görə, bir il əvvəl Bakıda fəaliyyət göstərən taksi şirkətindən ayrılmasına baxmayaraq, onun adına olan etibarnamə və sürücülük məlumatları sistemdən silinməyib. Nəticədə müxtəlif yol hərəkəti qaydaları pozuntularına görə yazılan cərimələr onun adına rəsmiləşdirilib.
Sürücü bildirir ki, başqasının idarə etdiyi avtomobilə görə tətbiq edilən cərimələr səbəbindən sürücülük vəsiqəsi 6 aylıq məhdudlaşdırılıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Mərkəzi İnformasiya Sistemində həmin şəxs sonuncu etibarnaməsi olan şəxs kimi görünür. Mövcud qanunvericiliyə uyğun olaraq elektron formada tərtib olunan protokol sonuncu etibarnamə verilmiş şəxs barəsində tərtib edilir. Adına rəsmiləşdirilmiş elektron protokolun dəyişdirilməsi üçün isə həmin şəxs avtomobili faktiki idarə edən şəxslə birlikdə müraciət etməlidir. Bu halda Mərkəzi İnformasiya Sistemində müvafiq dəyişiklik aparıla bilər.

Mənbə
oxu.az