Cəmiyyət

ADY-də qanvermə aksiyası keçirildi

12 May 2026, 15:52 1 baxış
ADY-də qanvermə aksiyası keçirildi

“Azərbaycan Dəmir Yolları” QSC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə qanvermə aksiyası keçirilib.


Qurumdan Axar.az-a verilən məlumata görə, Respublika Qan Bankı ilə birgə keçirilən aksiyada müxtəlif struktur bölmələrindən olan dəmiryolçular iştirak ediblər.


Toplanan qan ehtiyatı hemofiliya və talassemiya xəstələrinin, həmçinin təcili qan köçürülməsinə ehtiyacı olan digər şəxslərin müalicəsinə yönəldiləcək.

ADY-də qanvermə aksiyası keçirildi
Mənbə axar.az

Oxşar Xəbərlər