Siyasət

Ermənilərin Qarabağda törətdiyi cinayətlər: Rəsmi İrəvan beynəlxalq hüququn hansı maddələrini pozub? - FOTO

12 May 2026, 13:22 1 baxış
Ermənilərin Qarabağda törətdiyi cinayətlər: Rəsmi İrəvan beynəlxalq hüququn hansı maddələrini pozub? - FOTO
"Azərbaycan Prezidentinin irəli sürdüyü sülh gündəliyinin əsasında Cənubi Qafqaz regionunda davamlı sabitliyin və yeni təhlükəsizlik arxitekturasının formalaşmasında bəzi dövlətlərin yüksəkçinli rəsmilərinin, siyasi və hüquqi riyakarlıq nümayiş etdirən ayrı-ayrı beynəlxalq qurumların qətiyyən maraqlı olmaması nümayiş etdirilir. Otuz ilə yaxın bir müddətdən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması, iki dövlət arasında nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlərin ardıcıl formada həyata keçirilməsini dəstəkləməkdənsə həmin qüvvələr anti-Azərbaycan mövqeyi sərgiləyir, nifrət toxumları səpməyə, yenidən vəziyyəti gərginləşdirməyə çalışırlar". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov deyib.
O bildirib ki, bu il mayın 6-da Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barro parlamentin yuxarı palatası - senatda deputat Etyen Blankın ermənilərin dini və mədəni irsi ilə bağlı sualına cavab verərkən regionumuzda baş verən hadisələri tamamilə təhrif olunmuş formada təqdim edib: "İlk növbədə, siyasi, hüquqi və diplomatik müstəvidə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq birliyə çatdırıb ki, ölkə ərazisində "Dağlıq Qarabağ" deyilən bölgə mövcud deyil və Azərbaycanın suveren ərazisi olan Qarabağ iqtisadi rayonunun öncə qeyd etdiyim terminlə təsvir olunması qəbuledilməzdir. Barro çıxışında guya 2021-ci ildən başlayaraq 40-a yaxın erməni mədəni irsinə aid obyektin itirilməsinə istinad edib. Sual olunur - otuz il davam edən işğal dövründə sistematik və irimiqyaslı formada Qarabağda ermənilər tərəfindən törədilən və müharibə cinayətləri kimi tövsif edilən Azərbaycanın mədəni irsinin məhv edilməsi, dağıdılması, oğurlanmasına göz yuman Qərb dairələri nəyə görə öz narahatlıqlarını bildirmirdilər? 1954-cü il tarixli Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyası və onun iki Əlavə protokolu kobud formada pozularaq Qarabağda 400-dən çox abidə məhv edilib, 67 məsciddən 63 yerlə bir olub və təhqirlərə məruz qalıb, 100 min tarixi artefakta malik olan 22 muzey dağıdılıb. Hələ bunlar mədəni irsimizə qarşı elan edilən amansız müharibənin çıx qısa bir statistikasıdır. Digər məsələlərdə olduğu kimi, mədəni irsə aid olan problemlərə münasibətdə yenə də ikili standartlar və selektiv yanaşma müşahidə olunur". "Azərbaycan ərazilərində yerləşən bütün tarixi və dini abidələrimiz milli-mədəni irsimizə aiddir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq, onlar etibarlı formada qorunur və heç bir xarici qüvvə dövlətimizin suveren səlahiyyətlərinə aid olan məsələlərə müdaxilə edə bilməz", - deyə parlamentari əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər