İqtisadiyyat
"Gadamly" adlı ilk quru yük gəmisinin Bakı Limanında rəsmi qarşılanma mərasimi olub - VİDEO
Türkmənistanda inşa edilmiş "Gadamly" adlı ilk quru yük gəmisinin Bakı Beynəlxalq Dəniz Limanında rəsmi qarşılanma mərasimi olub. Oxu.Az xəbər verir ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarının həyata keçirilməsinə cəlb olunacaq.
Yeni gəminin istismara verilməsi Orta Dəhlizin, eləcə də Avrasiya nəqliyyat marşrutunun inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir. Yükgötürmə qabiliyyəti 6 100 ton olan "Gadamly" 240 ədəd konteyner daşımaq imkanına malikdir. Bildirilib ki, gəminin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artmasına da müsbət təsir göstərəcək.

Mənbə
oxu.az