Cəmiyyət
Bakıda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 07:30-da Yasamal rayonu ərazisində - Moskva prospektində qeydə alınıb. Bildirilib ki, qəza zamanı üç avtomobil toqquşub. Belə ki, BYD markalı, 77-CB-411 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Taleh Adil oğlu Əlizadə idarəetməni itirib. Nəticədə həmin nəqliyyat vasitəsi "Hyundai" markalı, 77-SC-061 dövlət nömrə nişanlı və KIA markalı, 77-NJ-563 dövlət nömrə nişanlı avtomobillərə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb, maşınlara maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az