Cəmiyyət

Biləcərinin bəzi hissələrində işıq olmayacaq

12 May 2026, 10:30 1 baxış
Biləcərinin bəzi hissələrində işıq olmayacaq
Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) nəzarət ərazisində 35/6 kV-luq 80 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dan 17:00-dək Biləcəridən Sulutəpə, Xocasənə gedən yolun sağ hissəsi və qəsəbənin Ruslan Allahverdiyev küçəsindəki yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər