Cəmiyyət
Bakıda piyadanı vuran qadın sürücünün kimliyi bilindi
Suraxanı rayonu Zığ qəsəbəsində ağır yol-nəqliyyat hadisəsini törədən şəxsin kimliyi bilinib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, piyadanı vuran "Nissan" markalı, 77-SK-917 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Arzu Hüseynova olub. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Suraxanı rayonunun Zığ qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Bildirilib ki, qadın sürücünün idarə etdiyi avtomobil yolu keçmək istəyən piyadanı vurub. Vurulan piyada hadisə yerində həyatını itirib. Qəza nəticəsində həyatını itirən şəxs "BakuBus"da sürücü işləyən, 1964-cü il təvəllüdlü İlqar Dəmir oğlu Əliyev olub.
Mənbə
oxu.az