Cəmiyyət
Şuşada tarixi tolerantlıq nümunəsi - Qazançı kilsəsindən FOTOREPORTAJ
Şuşa şəhəri əsrlər boyu müxtəlif mədəniyyətlərin və inancların qovuşduğu bir mərkəz kimi tanınıb. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bu gün şəhərin tarixi simasının bərpası çərçivəsində görülən işlər Azərbaycanın zəngin tolerantlıq ənənələrini bir daha dünya ictimaiyyətinə nümayiş etdirir. Bərpa və quruculuq prosesinin mərkəzində dayanan mühüm abidələrdən biri də Şuşanın görkəmli memarlıq nümunələrindən hesab olunan Qazançı kilsəsidir. XIX əsrin ikinci yarısında inşa edilən kilsə Şuşanın qədim Qazançı məhəlləsində yerləşir. Abidə təkcə dini ibadətgah kimi deyil, həm də dövrün memarlığının nadir nümunəsi kimi böyük əhəmiyyət kəsb edir.
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az