İqtisadiyyat
Gümüşün qiyməti artır
"Comex" birjasında gümüş füçerslərinin qiyməti 2026-cı ilin iyul ayında çatdırılma ilə 3.3%-dən çox artmaqdadır. Oxu.Az-ın xəbərinə görə, bunu müvafiq ticarət platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 16:14-ə olan məlumata görə, gümüşün qiyməti 1.09% artaraq, trua unsiyası üçün 81.75 dollar təşkil edib. Bakı vaxtı ilə saat 16:24-ə olan məlumata görə, füçerslər qiymət artımını sürətləndirib və trua unsiyası üçün 83.59 dollar (3.37% artım) səviyyəsində olub.
Mənbə
oxu.az