Cəmiyyət

Seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video

11 May 2026, 16:32 1 baxış
Seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən obyektlərin birindən içərisində 500 manat nağd pul və 1950 manat dəyərində hədiyyə kuponları olan seyf oğurlanıb.


Axar.az xəbər verir ki, naməlum şəxs mağaza əməkdaşlarının başının qarışıq olmasından istifadə edərək seyfi ələ keçirib və obyektin arxa qapısından çıxarıb.


Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Maksim Mahmudov müəyyən olunaraq saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
Mənbə axar.az

Oxşar Xəbərlər