Cəmiyyət

190 minlik dələduzluq: 4 nəfər saxlanıldı

11 May 2026, 15:20 1 baxış
190 minlik dələduzluq: 4 nəfər saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T. Bədəlov, P. Qurbanov, S. Xəlilov və K. Fətəliyev saxlanılıblar.


Axar.az xəbər verir ki, araşdırmalar zamanı onların zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıqları məlum olub.


Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.


Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.


Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər