Cəmiyyət

Növbəti 2 gündə intensiv yağış yağacaq – Xəbərdarlıq

11 May 2026, 13:58 1 baxış
Növbəti 2 gündə intensiv yağış yağacaq – Xəbərdarlıq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı gözlənilir.


Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.


Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Mənbə axar.az

Oxşar Xəbərlər