Cəmiyyət

Azərbaycanda iş tapa bilməyənlər ən çox bu ölkələrə səfər edir

11 May 2026, 10:47 1 baxış
Azərbaycanda iş tapa bilməyənlər ən çox bu ölkələrə səfər edir

2026-cı ilin yanvar-mart aylarında turizm məqsədilə xarici ölkələrə səfər edən işsiz Azərbaycan vətəndaşlarının sayı azalıb.


Axar.az Valyuta.az-a istinadla xəbər verir ki, cari ilin ilk 3 ayında xaricə səfər edən işsiz şəxslərin sayı 887 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 nəfər və ya 2,95% azdır. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında bu kateqoriya üzrə xaricə səfər edənlərin sayı 914 nəfər olub.


İşsiz Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələr arasında Gürcüstan və Rusiya ilk sıralarda yer alıb:


Gürcüstan - 404 nəfər


Rusiya Federasiyası - 173 nəfər


Çin - 56 nəfər


Birləşmiş Ərəb Əmirlikləri - 30 nəfər


Moldova - 25 nəfər


Özbəkistan - 23 nəfər


Belarus - 17 nəfər


Polşa - 17 nəfər


İran - 14 nəfər


Avstriya - 10 nəfər


Hindistan - 7 nəfər


İsrail - 3 nəfər


Niderland - 1 nəfər.

Mənbə axar.az

Oxşar Xəbərlər